Dövlət İmtahan Mərkəzi yeni sığortaçı seçib
26/08/2020

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortası ilə bağlı yenidən elan etdiyi açıq tenderə yekun vurub.
"XəbərBuro" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.
Qalib şirkətə 171 690 manat ödəniləcək.
Xatırladaq ki, qurumun bundan əvvəl keçirdiyi tenderin qalibi lisenziyası ləğv edilmiş "Standard Insurance" Sığorta Şirkəti ASC olub.