Dövlət Baxçalı: " Türkiyə qardaş Azərbaycanın tərəfindədir "

Məmmədzadə Zərintac 21/07/2020

"Ermənistanın Azərbaycanla sərhəddə təxribatları təsadüfi deyil".

“XəbərBuro"  xəbər verir ki, bu sözləri "Sabah” nəşrinə müsahibəsində Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı söyləyib.

“İyulun 12-də Azərbaycanın Tovuz rayonu ilə sərhəddə dövlət sərhədini pozmağa cəhd göstərilib. Şübhəsiz ki, hadisənin erməni versiyası yalandır. Unutmaq olmaz ki, Azərbaycanın bu hissəsi enerji daşıyıcılarının ixracı baxımından strateji əhəmiyyət kəsb edir”, - Baxçalı bildirib.

Baxçalı vurğulayıb ki, Azərbaycan torpaqlarının 20 faizi artıq on illərdir ki, Ermənistanın işğalı altındadır və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələsində heç bir irəliləyişə nail olunmayıb.

“Mən erməni tərəfinin təxribatlarını və hücumlarını bir daha qətiyyətlə pisləyirəm. Türkiyə dost və qardaş Azərbaycanın tərəfində olub və olacaq”, - o qeyd edib.