Dondar Quşçu atəşə tutuldu

Leyla Aliyeva 14/07/2020

"Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub”.

“Xəbərburo” xəbər verir ki, bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. O deyib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.