Donbasdakı son vəziyyət: ağır pulemyotlardan atəş açılıb

Esed Abasli 23/02/2022

Ötən gün Ukraynanın Donbas bölgəsindəki separatçı qüvvələr atəşkəsi 96 dəfə pozub, atışmaların 81-də ağır silahdan istifadə olunub.


Bu barədə ölkənin Birləşmiş Qüvvələrin Əməliyyatının Qərargahı məlumat yayıb.


Atəşkəsin pozulması nəticəsində Ukraynanın 1 hərbçisi həlak olub, 1 nəfər yaralanıb, 5 nəfər isə travma alıb.


Bildirilib ki, Rusiya dəstəkli qüvvələr tanklardan, 120 mm və 82 mm-lik minaatanlardan, tank əleyhinə qumbaraatanlardan, avtomatik qumbaraatanlardan, ağır pulemyotlardan, atıcı silahlardan, BM-21 “Qrad”dan, 122 mm-lik artilleriyadan, MT-12 tank əleyhinə silahlardan atəş açıblar..