DİN: Yeniyetmənin qəbiristanlıqda döyülməsi ilə bağlı araşdırma aparılır

Esed Abasli 10/02/2022

Fakt nəzarətə götürülüb. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq. Qeyd edək ki, Qaradağ rayon ərazisində 15 yaşlı Qəhrəmanov Murad Azər oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bir müddət sonra yeniyetmənin evə geri qayıtdığı bildirilib. Məlumata görə, M. Qəhrəmanov evə qan içində gəlib. O, yaxınlarına hazırlığa gedəndə 3 nəfər tərəfindən maşına mindirildiyini və qəbiristanlıqda döyüldüyünü deyib.