DİN: Ukraynadan təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub

Esed Abasli 07/03/2022

Ukraynadan təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub.

Bunu Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü İsmayıl Çataklı deyib.

O bildirib ki, Ukraynadan gələnlər arasında 447 Türkmənistan və 62 Gürcüstan vətəndaşı da var. “Miqrasiya İdarəmiz fasiləsiz olaraq fəaliyyətini davam etdirir”, – Türkiyə DİN rəsmisi vurğulayıb.