DİN: Qazaxda mal-qaranın oğurlanması araşdırılır

Esed Abasli 27/12/2020

Qazax rayonunda 63 yaşlı qanının mal-qarası oğurlanıb.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Yayılan videogörüntülərin Qazax rayonu Aslanbəyli kəndində çəkildiyi qeyd olunub. Yaşlı qadın dolanışığını təmin etdiyi mal-qarasının, 14 iribuynuzlu heyvanının oğurlandığını deyib.

'XəbərBüro'' bildirir ki,bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, məsələ araşdırılır: “Sözügedən məsələ ilə bağlı Qazax Rayon Polis Bölməsində araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləcək”.