DİN polkovnikin həlak olduğu qəzaya dair məlumat yayıb

Məmmədzadə Zərintac 21/07/2020

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Şahin Mirzəyevin ölümünə səbəb olan qəza haqqında məlumat yayıb.

“Xəbərburo"  xəbər verir ki, 20 iyul saat 8 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə bağlı hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya düşüb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, polkovnik Şahin Mirzəyev vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil edilib. 

Araşdırmalar davam etdirilir.