Dərman vasitələrinin ekspertizası qiymətlərini Tarif Şurası müəyyən edəcək

Esed Abasli 10/09/2021

Nazirlər Kabineti 2019-cu il 25 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edib.

"XəbərBüro" bildirir ki, bu barədə müvafiq qərarı Əli Əsədov imzalayıb.

Qərara əsasən "Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli publik hüquqi şəxsə çevrilib.

Eyni zamanda dərman vasitələrinin ekspertizası "Dərman vasitələri haqqında” Qanununun 4.5-ci maddəsinə uyğun olaraq Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflər əsasında həyata keçiriləcək.