Derbini o idarə edəcək

Leyla Aliyeva 23/09/2020

Türkiyə Super Liqasının 3-cü turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyunu üçün hakim təyinatları açıqlanıb.

"XəbərBuro" xəbər verir ki, İstanbul derbisi Ali Palabıyıka həvalə olunub. Ona Serkan Olguncan və Mehmet Cem Satman köməklik edəcək. Dördüncü hakim funksiyasını Mete Kalkavan yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 27-i keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.