Deputat üzrxahlıq etsə, məsuliyyətə cəlb olunmaya bilər

Leyla Aliyeva 16/09/2020

Milli Məclisin İntizam Komissiyasında barəsində araşdırma aparılan deputatın vəzifələri müəyyənləşib.

"XəbərBuro" xəbər verir ki, barəsində araşdırma aparılan deputat  komissiyanın çağırışıyla iclasa gəlməlidir. O cümlədən Komissiya üzvlərinin suallarını cavablandırmalıdır. Həmçinin etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmançılıq çəkdikdə və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.