Deputat erməniyə qalib gələn idmançı ilə görüşdü.

Aynur 11/09/2021

YAP-çı deputat Anar Məmmədov bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının üçüncüsü, Rusiyanın Ufa şəhərində keçirilən gənc güləşçilər arasında dünya çempionatının və Kazan şəhərində keçirilən I MDB Oyunlarının qızıl medalçısı Goranboy rayon sakini Həsrət Cəfərovla görüşüb.


"XəbərBüro" xəbər verir ki, millət vəkili qazandığı qələbə münasibətilə gənc idmançını təbrik edib, bir ölkənin idmançısı kimi onun şanlı bayrağını yüksəklərdə dalğalandıran bayraqdarı, qürür mənbəyi, fəxri kimi istər goranboyluları, istərsə də bütün Azərbaycan xalqını sevindirdiyini diqqətə çatdırıb.


Anar Məmmədovun sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən idmanın inkişafı üçün hər çür imkan və şəriat yaradılıb. Bütün maddi-texniki baza gənclərin istifadəsinə verilib. Gənclər bundan səmərəli yararlanmalıdır. İdman elə bir fəaliyyət növüdür ki, burada güclü olan qalib gəlməlidir, burada daim haqq, ədalət zəfər çalmalıdır. Həsrət Cəfərov da sonuncu görüşdə erməni rəqibinə qalib gələrək idman yarışının əsgəri kimi üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırıb.


Görüşün sonunda Həsrət Cəfərov ölkədə idmana göstərilən diqqət və qayğıya, gənc idmançılar üçün yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirib.