Daxili işlər orqanlarında kadr dəyişikliyi baş verib
14/08/2020

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
"XəbərBuro" xəbər verir ki, buna dair müvafiq əmri nazir, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Polis polkovniki Bəkir Sarıyev Bakı şəhər BPİ-nin Təşkilat-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
B.Sarıyev həmin idarənin rəis müavini vəzifəsində işləyib.