“Danışıqlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir”

Leyla Aliyeva 26/08/2020

"Danışıqlar prosesində BMT TŞ-nin qətnamələri və beynəlxalq ictimaiyyətin qərarları rəhbərlik etməlidir”.

“XəbərBuro” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.

“Mən razıyam ki, danışıqlar prosesinə BMT TŞ-nin 4 qətnaməsi daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş qərarlar rəhbərlik etməlidir, hansılar ki, həmin vaxtı müharibəni dərhal dayandırmağı hədəfləyib”,- deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbəri, həmçinin danışıqlar prosesinin imitasiya xatirinə aparılmamalı olduğunu, konkret həllərə istiqamətlənməli olduğunu qeyd edib: “Bu mənada sabit, dayanıqlı bir danışıqlar prosesi qurmaq üçün lazımi mühiti təmin etmək vacibdir. Ancaq danışıqlar sadəcə danışıqlar xatirinə aparılmamalı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir”.