Daha bir vəkilin fəaliyyəti dayandırıldı

Leyla Aliyeva 26/08/2020

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında bir neçə vəkillə bağlı şikayətlərə baxılıb.

“XəbərBuro" xəbər verir ki, Baş prokurorluğun vəkillər Zibeydə Sadıqova və Nemət Kərimlinin vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı təqdimatı rədd edilib.

Lakin vəkil Janna Bağırova ilə bağlı şikayətlər araşdırıldıqdan sonra təmin edilib. J.Bağırovanın VK üzvlüyünə xitam verilməsi haqda təqdimat məhkəməyə göndərilib.