Daha bir türkiyəli tanınmış koronavirusdan öldü - Ərdoğan başsağlığı verdi

Esed Abasli 03/05/2020

Koronavirusdan müalicə olunan türkiyəli ilahiyyatçı yazar Ömər Döngeloğlu dünyasını dəyişib.

“XƏBƏRBURO” “Hürriyet”ə istinadən xəbər verir ki, 52 yaşlı yazıçı Başakşehir xəstəxanasında vəfat edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Döngeloğlunun vəfatı ilə bağlı başsağlığı verib. O, yazıçıya rəhmət, ailəsinə və sevənlərinə səbr diləyib.