Daha bir şəhidimizin anım günü...

Aynur 06/10/2021

Vətən Müharibəsində qəhərmanlıq dastanı yazan şəhid polkovnik-leytenant Orxan Əkbərovun anım günüdür.  

"XəbərBüro" xəbər verir ki, qəhrəmanın şəhidliyinin birinci ildönümündə onun doğulub boya-başa çatdığı ata ocağı ziyarət olunub

Biləsuvar rayonunda şəhidin yaşadığı evin qarşısında Xatirə kompleksinin açılışı olub, şəhidin məzarı ziyarət edilib.  Abidə kompleksinin önünə Müdafiə Nazirliyinin Fəxri qarovulu tərəfindən əklil qoyulub.

Orxan Nadir oğlu Əkbərov Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını dağıdıb. Kənd Horadiz istiqamətində meşədə 200-ə yaxın xüsusi təyinatlı düşmən əsgərinin məhv edilməsində xüsusi rəşadət göstərib. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 6 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandarliyi ilə Azərbaycan əsgəri tərəfindən məhv edib. Qeyri-bərabər döyüşdə o, yaralı əsgərinin və şəhidinin döyüş meydanında qalmasını öz həyatı bahasına istəməyib, əsgərlərinə “biz (özü ilə birgə 8 silahdaş) müdafiədəyik, siz onları döyüş meydandanından çıxarın” əmrini verib.

Qeyd edək ki,  ailədə 4 qardaş olan  Orxan Əkbərov 1982-ci ilin 12 dekabırında ziyalı ailəsində anadan olub. Özündən kiçik qardaşı mayor Ənvər Əkbərov Vətən Muharibəsi iştirakçısıdır.

Orxan Əkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbini bitirib. 2005-ci ildə Təlim Tədris Mərkəzində  hərbi təhsilini artıran bacarıqlı kəşfiyyatçı Orxan Əkbərov Fizulidəki “N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri kimi vətənə xidmətdə ilk uğurlarını qazanıb.

Bütün xidmətini ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərrov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti  komandirlik tərəfindən yüksək qiymətləndirilərk çoxsaylı fəxri fərman və diplomlara layiq görülüb.  Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu illərdə nizam-intizmı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı  peşəkar zabit kimi onu şöhrətləndirib.

2019-cu ildən cəbhə bölgəsində “N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak edib.

Vətən muharibəsindəki şücaətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən Müharibəsi Qəhəmanı adına layiq görülüb. "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

38 yaşlı qəhrəmanımız ailəli olub, Çingiz və Sevil adlı iki övladı var.