Daha bir ölkədə fövqəladə vəziyyət ləğv edildi

Fəxriyyə Qüdrətli 15/06/2020

Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

“Xəbərburo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Nazirlər Kabinetinin Mətbuat Xidməti açıqlayıb.

Bildirilib ki, iyunun 16-dan etibarən fövqəladə vəziyyət haqqında qanun qüvvədən düşür.

Skandinaviya ölkəsində fövqəladə vəziyyət haqqında qanun martın 16-da qüvvəyə minmişdi.

Qeyd edək ki, Finlandiyada indiyədək 7 108 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 6 200 nəfər sağalsa da, 326 nəfər ölüb.