Daha bir ölkə Ermənistana silah veribmiş

Daha bir ölkənin Ermənistana silah ötürməsi üzə çıxıb.
"XəbərBuro" məlumat verir ki, İordaniya Krallığı Ermənistanı silahlandırıb.
İordaniya ilə Ermənistan arasında hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub.Həmin vaxt Ermənistan prezidenti Əmana rəsmi səfər etmişdi. Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi.
Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 əl qumbarası satılır.
Rusiyadan sonra İordaniya 2013-cü ildən bəri Ammanda rəsmi adı - "Nashshab" almış bu tip qumbaraatan istehsal edən ikinci ölkədir. Hazırda İordaniya bu qumbaraatanları xarici bazara, xüsusən də Ermənistana satır.
Hərbi mənbələrin verdiyi məlumata görə, əməkdaşlığa İordaniya tərəfdən Baş Qərargah rəisi general-mayor Yusif Huneiti nəzarət edir.