Daha bir erməni əsgərinin meyiti tapıldı.

Aynur 03/09/2021

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.


“XəbərBüro” xəbər verir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.


Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 655-ə çatıb.