
Daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
03/07/2020
Bu gün daha 583 nəfərdə koronavirus tapılıb, 7 nəfər isə ölüb.
“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O, qeyd edib ki, 395 nəfər xəstə sağalaraq evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 19 267 nəfərin koronavirusa yoluxması faktı müəyyənləşib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7137 koronavirus testi aparılıb.
Related Articles











2022-02-12 12:37:17
Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb











2021-12-11 13:12:04
Dövlət orqanlarının bütün əməkdaşlarına fevralın 1-dək vaxt verildi - QƏRAR

