Daha 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
Məmmədzadə Zərintac 28/06/2020
Azərbaycanda 534 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər ölüb.
Hazırkı dövrədək ölkəmizdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7106 koronavirus testi aparılıb.