Daha 493 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Svetlana Mirzəyeva 16/07/2020

Azərbaycanda COVID-19-a daha 493 yeni yoluxma qeydə alınıb, 561 nəfər sağalıb, 8 nəfər vəfat edib.

"XəbərBuro"-nun "Sonxeber.az"-a istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 575 nəfərdir.

Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8 722-dir.