Daha 471 nəfər koronavirusa yoluxub və 5 nəfər ölüb

Məmmədzadə Zərintac 20/06/2020

Azərbaycanda 471 yeni koronavirusa yoluxma qeydə alınıb, 191 nəfər müalicə edilərək sağalıb və evə buraxılıb.

 "Qafqazinfo"ya əsasən bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb və  5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 6516 nəfər müalicə edilərək sağalıb, 148 nəfər vəfat edib, 5574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6627 koronavirus testi aparılıb.