Daha 338 nəfərdə koronavirus tapılıb- 6 pasiyent ölüb

Məmmədzadə Zərintac 18/06/2020

Azərbaycanda 338 yeni koronavirusa yoluxma qeydə alınıb, 117 nəfər müalicə edilərək sağalıb və evə buraxılıb.

 "Qafqazinfo"ya əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, 6 nəfər ölüb.

Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 6192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6100 koronavirus testi aparılıb.