Daha 338 nəfərdə Koronavirus tapılıb-4 pasiyent vəfat edib

Məmmədzadə Zərintac 16/06/2020

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkar edilib, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Xəbərburo" bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 5948 nəfər müalicə edilərək sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4801 koronavirus testi aparılıb.