Dağlıq yerdə baş vermiş yanğın söndürülüb
27/08/2020

Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb.
"XəbərBuro" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) gələn məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə edilib.
Yanğın saat 18:40-da söndürülüb.
Mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunub.