Dağlıq Qarabağa dair Matviyenko çağırış etdi

Məmmədzadə Zərintac 28/09/2020

Rusiya Federasiya Şurasının spikeri, MDB Üzv Dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenko bütün məsuliyyətli dünya qüvvələrini Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməməyə səsləyib.

“XəbərBuro” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

“Bütün cavabdeh dünya qüvvələrini bu münaqişəyə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq, beynəlxalq ictimaiyyətin döyüş əməliyyatlarına son qoyulması və ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtması üçün qeyd-şərtsiz prioritet xəttini qoruyub saxlayırıq”,- deyə Matviyenko vurğulayıb.