COVİD-19-un uşaq orqanizmində qalma müddəti müəyyənləşib

Məmmədzadə Zərintac 31/08/2020

Cənubi koreyalı alimlər yeni növ koronavirusun uşaqların orqanizmində nə qədər müddət qaldığını müəyyənləşdiriblər.

“XəbərBuro" xəbər verir ki, alimlərin fikrincə, virus uşaqların orqanizmində bir neçə həftə qala bilər. Virus əsasən onların burun və boğaz nahiyələrində müşahidə edilir. Bu hal heç bir simptom olmadan da özünü göstərə bilər. Beləliklə də uşaqlar Covid-19-u asanlıqla digər insanlara ötürə bilirlər.

Tədqiqatlar  nəticəsində yetkinlik yaşına çatmış insanların 40%-nin virusun simptomsuz daşıyıcıları olduğu öyrənilib.