COVID-19 pandemiyası dövründə həmrəyliyə çağırış mahnısı

Fəxriyyə Qüdrətli 17/06/2020

"XəbərBuro" "Trend"ə istinadən bildirir ki, dünya COVID-19 pandemiyasının təzyiqləri altında mübarizə etməyə davam etdiyi bir dövrdə, Koronavirusun təsirinə məruz qalmış müxtəlif ölkələrdən olan və bütün dünyada məşhur 29 musiqiçi bu dövrdə emosional yox, sosial məsafə saxlamağın əsas olduğunu göstərən bir mahnı bəstələmək üçün bir araya gəldilər.

Konsert və şənliklərin təxirə salınması bütün dünyada sənətçilərin icmasına mənfi təsir göstərib. Konsert salonlarından musiqi səslərinin gəlmədiyi bir vaxtda, musiqi hələ də öz sehrli çubuğu ilə icmaları əvvəl olduğundan daha da yaxınlaşdırmağa davam edir.

Dünyanın müxtəlif bölgələrindən olan sənətçilərlə birlikdə əməkdaşlıq çərçivəsində Hindistanlı musiqiçilər Sangeet Natak Akademi Mükafatçısı skripka maestrosu Dr. Mysore Mancunath tərəfindən bəstələnən bu bənzərsiz əsəri ifa etmək üçün bir araya gəldilər. Mahnının insana qəm-qüssə və itki duyğusunu bəxş etməsinə baxmayaraq, müsbət bir notla sona çatır. Hindistanın tanınmış ruhani liderlərindən olan Şri Ganapathi Sachidananda Swamiji mahnının sözlərini yazdı və həmçinin bu videonu oxuyaraq xeyir-dua verdi. Bu qədim klassik Hind musiqinisin Raga Çarukeşi melodiyasında tərtib edilmişdir. Burada nümayiş olunan musiqiçilərdən dördü nüfuzlu Sangeet Natak Akademi mükafatçılarıdır.

Bütün musiqiçilər öz ölkələrində bu videoyazını ifa etdilər və qeyd etdilər! Bu video 8.32 dəqiqə davam edir.


Film-Legend Mədəniyyət
Film-Legend
Musiqilər Mədəniyyət
Musiqilər
Film-The best of me Mədəniyyət
Film-The best of me
Güzgülər Mədəniyyət
Güzgülər
Ağaclar Mədəniyyət
Ağaclar
Rəqslər Mədəniyyət
Rəqslər
Film-Dangal Mədəniyyət
Film-Dangal
Film-Guzaarish Mədəniyyət
Film-Guzaarish
Nostalji Mədəniyyət
Nostalji
Kəşflər Mədəniyyət
Kəşflər