Çörək zavodu atəşə tutulub, ölənlər var

Esed Abasli 07/03/2022

Rus hərbçiləri Kiyev yaxınlığında çörək zavodunu atəşə tutub.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Makarovda yerləşən “Makarovski xlebozavod” dövlət müəssisəsinə aviazərbələr endirilib. Aviazərbələr nəticəsində 13 ukraynalı həlak olub.

Hava hücumu zamanı zavodda 30 nəfər olub.

 

MƏNBƏ: UNİAN