Çörçilin heykəli qorunmaya alındı

Fəxriyyə Qüdrətli 12/06/2020

İrqçiliyə qarşı olan nümayişçilərin üzərinə “o bir irqçi idi” yazan İngiltərənin keçmiş Baş Naziri Uinston Çörçillin heykəli yeni etirazlardan əvvəl qorunmaya alınıb.

“Xəbərburo” “TRT Haber”ə istinadən xəbər verir ki, Londonun Parlament Meydanında yerləşən Çörçillin abidəsinin ətrafı qorunma məqsədi ilə müvəqqəti olaraq bağlanıb. Heykəlin ətrafına isə dəmir konstruksiya quraşdırılıb.

“Parlament meydanındakı Uinston Çörçillin heykəli qorunması üçün müvəqqəti bağlanıb. Etirazların böyük əksəriyyəti dinc xarakterli olsa da dəyən ziyanlardan sonra bu qərar verilib”,- deyə London Bələdiyyəsi açıqlama verib.

Keçən həftə nümayişlər zamanı keçmiş Baş Nazirin heykəlinin altındakı adının üstündən xətt çəkilərək altında “o, bir irqçi idi” sözləri yazılmışdı.