Çinin cənubundan 30 minə yaxın insan təxliyə edildi - FOTO

Esed Abasli 13/06/2020


Çinin cənubundakı Quyçjou əyalətinin rəsmiləri güclü yağış və daşqınlar səbəbindən 29,5 min sakini təxliyə edib.

"XəbərBuro" xəbər verir ki, Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində bəzi ərazilərə 160 mm-dən çox yağıntı düşüb. Çaylarda suyun səviyyəsinin kəskin artması ilə bağlı 700 mindən çox insan yüksək risk zonasında qalıb.

Təbii fəlakətlərin qarşısının alınması və aradan qaldırılması üçün mərkəzi bölgədə yüksək səviyyəli fövqəladə vəziyyətin tətbiq olunduğu elan edilib.

Yerli meteoroloqların bildirdiyinə görə, ölkənin bu hissəsində son 60 ilin ən güclü leysanı müşahidə olunub.