Çində pandemiya ilə bağlı son vəziyyət açıqlanıb

Məmmədzadə Zərintac 19/07/2020

Çində son sutkada 16 nəfərdə koronavirus tapılıb, 17 pasiyent sağalıb və ölən yoxdur. "Xəbərburo" xəbər verir ki, bu  haqda ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Yoluxma hallarından 13-ü ölkə daxilində, 3-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb.

Ölkədə 251 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-ü ağır vəziyyətdədir.  

Çində ümumilikdə 83 660 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 775 nəfər sağalıb.