Çində otel uçqunu baş verdi..

Leyla Aliyeva 29/08/2020

Çinin Şansi əyalətində ikimərtəbəli otelin uçması nəticəsində 13 nəfər dünyasını dəyişib.

“XəbərBuro" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Xilasedicilər dağıntılar altından 30 nəfəri xilas edə biliblər. Uçqunun baş vermə səbəbləri araşdırılır.

Axtarış-xilasetmə işlərinə 710-dan çox insan cəlb olunub.