Çində koronavirusdan sağalan həkimlərin dərisinin rəngi dəyişib

Esed Abasli 22/04/2020

Çinin Uhan şəhərində yeni növ koronavirusdan (COVİD-19) sağalan kardioloq Yi Fan və uroloq Hu Veifenqin dərilərinin rəngi dəyişib.

XƏBƏRBURO-nun CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, həkimlər iki ay müddətində koronavirusdan müalicə olunublar.

Yerli mütəxəssislər həkimlərin dərisinin rənginin dəyişməsinə səbəb kimi virusun qaraciyəri zədələməsini göstəriblər.