Çində Covid19-a yeni yoluxma halları qeydə alınıb

Svetlana Mirzəyeva 09/08/2020

Çində ötən 24 saatda 34 yeni yoluxma ( 23 aktiv, 11 simptomsuz yoluxma) faktı aşkarlanıb.

“XəbərBuro” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb.

Bildirilib ki, yoluxmaların əksəriyyəti Sincan-Uyğur Muxtar Rayonunda qeydə alınıb - 15.

Məlumata görə, ötən sutka qeydə alınmış yoluxma halların sayı iyulun 8-i ilə müqayisədə azalıb. Belə ki, daha öncə ölkədə 45 nəfərdə COVID-19 aşkarlanıb.

Qeyd edək ki, Urumçidə pandemiyanın ikinci dalğası başlayandan sonra şəhər rəhbərliyi sakinlərin koronavirus testindən kütləvi keçirilməsinə də başlayıb.

Artıq yüksək riskli zonada olanların birinci mərhələdə test edilməsi başa çatıb. Test prosesini həyata keçirmək üçün Çinin digər şəhərlərindən Urumçiyə tibbi briqadalar cəlb olunub