Çimərliklər bu saatadək açıq olacaq

Leyla Aliyeva 03/08/2020

"100-dən çox çimərlik barədə məlumat saytda qeyd olunub".

"XəbərBuro" xəbər verir ki, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib:

"Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Hər bir çimərliklərdə könüllülər fəaliyyət göstərəcək. Onlar tələblərə riayət olunmasının monitorinqini həyata keçirəcəklər. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.

Vətəndaşlar monitorinqdən kənarda qalan, reyestra salınmayan çimərliyə gedəndə ehtiyatlı olmalıdırlar. Çünki orada dezinfeksiya işləri aparılmaya bilər".