Ceyranbatan su anbarında yenə yanğın baş verib!

Məmmədzadə Zərintac 14/06/2020

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarında  yenə yanğın  hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.