Ceyhun Bayramov yeni səfiri qəbul edib

Məmmədzadə Zərintac 27/08/2020

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə təzə təyin olunmuş səfiri Nikolaos Piperigosun etimadnaməsini qəbul edib.

"Qafqazinfo"ya əsasən "XəbərBuro"  xəbər verir ki, görüşdə Azərbaycan və Yunanıstan arasında mövcud  əməkdaşlıq münasibətləri ilə bağlı danışıqlar aparılıb.

Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperigosu təyinatı münasibətilə təbrik edib və onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını söyləyib.

Nikolaos Piperigos ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edib.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.