Çətənə bitkisi yetişdirənlər saxlanılıb

Məmmədzadə Zərintac 02/08/2020

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları  “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar etmələri və bu cür qanunsuz fəaliyyət göstərən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirirlər.

"XəbərBuro" xəbər verir ki,  Ağcabədi RPŞ-nin əməkdaşları  həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinə əsasən,  çətənə bitkisi yetişdirməkdə şübhəli qismində rayonun Hindarx qəsəbə sakinləri E. Atalıyev və A. Mirzəyeva saxlanılıb.

E. Atalıyevin yaşadığı ünvana baxış keçiriləndə həyətindən 14 ədəd çətənə kolu və A. Mirzəyevanın həyətyanı sahəsinə baxış keçirilən zaman oradan da aqrotexniki qaydada qulluq göstərilmiş 10 ədəd çətənə kolu tapılaraq  götürülüb.

Faktlara dair Ağcabədi RPŞ-də araşdırmalar aparılır.