Cənubi Koreya F-35-lərin yerləşdirilməsində gecikmə yaşayır

Togrul Quliyev 03/07/2020

“Joint Strike Fighter” (JSF) layihəsi çərçivəsində hazırlanan F-35A qırıcı təyyarəsinin ən böyük istifadəçilərindən biri olan Cənubi Koreya qırıcıların yerləşdirilməsində bəzi gecikmələr yaşayır.


XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, Cənubi Koreya Hərbi Hava Qüvvələri 2020-ci ilin ilk yarısında ölkəyə F-35A qırıcı təyyarələri gətirməyi planlaşdırırdı.

Qeyd edilir ki, bu plan “Covid-19” pandemiyası səbəbi ilə 2020-ci ilin ikinci yarısına təxirə salınıb.
Ötən il 13 F-35A “Lightning II” qırıcı təyyarəsini ölkəyə yerləşdirən Cənubi Koreya Hərbi Hava Qüvvələri 2021-ci ilədək 40 döyüş təyyarəsini ölkədəki hərbi bazalara yerləşdirməyi planlaşdırır.
Cənubi Koreyanın 2020-ci ildə ölkəyə gətirməyi planlaşdırdığı 10 F-35A-nın bəziləri fevral ayında gəlsə də, aprel ayında gələcək təyyarələrin çatdırılmasında gecikmə yaşanır.