Çempionlar Liqasının püşkü atıldı: Messi Neymara qarşı

Esed Abasli 14/12/2020

Çempionlar Liqasının püşkü atıldı: Messi Neymara qarşı Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cütləri bilinib.

Oxu.Az xəbər verir ki, püşkatmadan sonra 16 komanda rəqiblərini tanıyıb:

“Borusiya” (Mönxenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə) “Latsio” (İtaliya) – “Bayern” (Almaniya) “Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə) “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) “Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya) “Barselona” (İspaniya) – PSJ (Fransa) “Atalanta” (İtaliya) – “Real” (İspaniya) “Sevilya” (İspaniya) – “Borrusiya” (Dortmund, Almaniya) Bu oyunlar içərisindən “Barselona” – PSJ matçı diqqəti çəkir.

Belə ki, braziliyalı Neymar sabiq komandasına qarşı oynayacaq. Həmçinin, bu matç Neymarla argentinalı ulduz Lionel Messinin qarşıdurması kimi də dəyərləndirilə bilər. Qeyd edək ki, 1/8 final oyunları iki hissəyə bölünəcək. 16-17 və 23-24 fevralda ilk oyunlar baş tutacaq. Cavab oyunları 9-10 və 16-17 martda keçiriləcək.