Çempionlar Liqasında bu həftə üçün rəmzi komanda elan olundu

Məmmədzadə Zərintac 16/08/2020

UEFA Çempionlar Liqasında bu həftə üçün rəmzi komandası elan olunub.

UEFA-nın rəsmi saytına istinadən "XəbərBuro" xəbər verir ki,  heyətdə Almaniyanın “Bavariya” komandasının beş futbolçusu var: Robert Levandovski,  Filip Koutinyo, Tomas Müller, Serj Qnabri, Yozua Kimmix. 

Fransanın “Lion” komandası  heyətdə üç futbolçu ilə təmsil edilir: Mussa Dembele, Ussem Aya və Antoni Lopeş. 

Komandada İspaniyanın “Atletiko” (Madrid) klubundan Joao Feliks, İtaliyanın “Atalanta”sından Robin Qosens və Fransanın PSJ klubundan Markinyos yer alıblar.