Çempion kapitanını itirdi

Leyla Aliyeva 11/07/2020

"Liverpul"un kapitanı Cordan Henderson üçün bu mövsüm vaxtından əvvəl başa çatıb.

"Xəbərburo" "Qafqazinfoya əsasən" xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yurgen Klopp danışıb. O, "Brayton"la matçda dizindən zədələnən 30 yaşlı oyunçunun qalan 4 liqa görüşündə iştirak etməyəcəyini deyib.

Alman mütəxəssis ingilis yarımmüdafiəçinin əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib.