"Çelsi"nin Abramoviçə 2 milyard dollar borcu var

Mükafat İsazadə 25/02/2022

İngiltərə "Çelsi"sinin sahibi Roman Abramoviç kluba 2 milyard dollar kredit ayırıb.


"XəbərBüro" xəbər verir ki, bu barədə "Forbes" nəşri xəbər yayıb.


Mənbə məbləğin hansı müddətə təqdim olunduğunu və bir neçə ödənişə bölünüb-bölünmədiyini dəqiqləşdirməyib. Lakin rusiyalı iş adamının 2021-ci ildə "zadəganlar"a daha 26 milyon dollar ayırdığı bəllidir.


Funksionerin kreditdən öz aktivləri əleyhinə istənilən hücuma qarşı təzyiq vasitəsi kimi yararlanması mümkündür. "Çelsi"nin borcu ödəmək imkanı yoxdur. Habelə bildirilir ki, Abramoviç rusiyalı şəxslərə qarşı sanksiyaların növbəti dalğası altına düşə bilər.