Cəlilabadda 25 yaşlı gənc intihar etdi
26/07/2020

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
"XəbərBuro"-nun "Report"-a istinadən verdiyi məlumata görə, hadisə Ocaqlı kəndində qeydə alınıb.
Kənd sakini, 1995-ci il təvəllüdlü Kərimov İlkin Çingiz oğlu özünü asaraq intihar edib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.