Cəlalabadda aksiya! 3 nəfər ölüb, 10-dan çox yaralı var.

Esed Abasli 18/08/2021

Əfqanıstanda "Taliban"a qarşı etiraz aksiyasında radikal qruplaşma üzvlərinin atəş açması nəticəsində ən azı 2 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

XəbərBüro bildirir ki,APA-nın "Khaama" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin Cəlalabad vilayətində baş verib. İranda təlim təyyarəsi təcili eniş edib, 2 nəfər yaralanıb İran XİN: Əfqanıstanda baş verənlərə görə narahatıq “Taliban” Hilmənd vilayətinin mərkəzini ələ keçirib Şahidlərin dediyinə görə, sakinlər Kabildən 150 km şərqdə yerləşən Cəlalabad şəhərindəki meydanda etiraz aksiyası keçirərək, Əfqanıstanın milli bayrağını asmağa çalışıblar. Etirazçılar Əfqanıstanın dövlət bayrağının saxlanmasını, "Taliban"ın ağ rəngli bayrağı ilə əvəzlənməməsini tələb ediblər. Sakinləri bildiriblər ki, "Taliban" üzvləri aksiyanı işıqlandırmaq istəyən iki yerli jurnalisti də döyüb. "Reuters" isə şahidlərə istinadən etiraz aksiyasında açılan atəş nəticəsində 3 nəfərin həlak olduğu barədə məlumat yayıb. Qeyd edək ki, analoji aksiyalar Əfqanıstanın digər şəhərlərində də keçirilir.