Çavuşoğlu: " Ermənistan ağlını başına yığsın"

Məmmədzadə Zərintac 13/07/2020

“Ermənistan ağlını başına yığsın,  Azərbaycanın yanındayıq”

"Xəbərburo" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" canlı yayımında jurnalistlərin suallara cavab verən zaman söyləyib. Ermənistanın Tovuz istiqamətində Azərbaycan mövqelərinə hücumuna dair sualı cavablandıran Çavuşoğlu, "Əlbəttə, Azərbaycan ordusu lazım olanı etdi və bu hücumları dəf etdi. Buradan görürük ki, Ermənistan yeni münaqişə bölgələri yaradaraq diqqəti digər işğal olunmuş torpaqlardan başqa yerə çəkmək istəyir",-deyə bildirib.

Ermənistanın bu günə qədər heç bir siyasi həll yoluna yanaşmadığını vurğulayan Çavuşoğlu Ermənistanın hərəkətlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün əlindən gələn bütün dəstəyi verəcəyini bildirib: "Azərbaycan işğal edilmiş ərazilər və Qarabağla bağlı hansı həll yolu seçsə, biz Azərbaycanın yanında olacağıq".