Cavan oğlanı maşın vurub

Məmmədzadə Zərintac 25/09/2020

Sabirabadda piyadanın vurulmasına səbəb olan  yol-nəqliyyat hadisəsi baş verib.

"XəbərBuro"  xəbər verir ki,  hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb.

Yolu keçmək istəyən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu "Opel" markalı minik avtomobili vurub.

Yaralı hadisə yerinə çağrılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Fakta dair araşdırmalar  aparılır.